“Acından ölməmək üçün Azərbaycanı seçdik”
15.06.2011 - 10:14
“Maliyyə böhranı və hökumətin yaxşı idmançılarına pul vəsaiti ayırmaq istəməməsi bizi Azərbaycan Ağır Atletika Federasiyası ilə müqavilə bağlamağa məcbur etdi”. Apasport.az saytının məlumatına görə, bunu istedadlı bolqar atlet Boyanka Kostovanın şəxsi məşqçisi Laçezar Kişkilov deyib.
O, Bolqarıstan mətbuatına verdiyi açıqlamada bildirib ki, onlar hər ikisi maddi vəziyyətlərinin pis olması səbəbindən Azərbaycan milli komandasını seçiblər. Kasıbçılıqdan əziyyət çəkən, acından ölməmək üçün vətəndaşlığını dəyişən Kostovanı isə 3 illik cəza da ölkəsindən qaçmaqdan çəkindirməyib.
Kişkilovun sözlərinə görə, Bolqarıstan İdman Nazirliyi son 5 ildə onlara hazırlıq üçün cəmi 1600 lev (818 avro) ayırıb. Yetirməsi Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında çempion olduğu halda isə 10 min lev (5112 avro), özü isə 5 min levlə (2556 avro) mükafatlandırılıb.
O bildirib ki, cibindən pul xərcləməkdən bezib: “Mən təlim-məşqlər üçün öz cibimdən nə qədər pul xərcləyəcəyəm? Artıq bezmişəm”.
Qeyd edək ki, bolqar həmkarlarımız yerli federasiyanın Kostovaya rəsmi icazə verməməsi səbəbindən atletin Azərbaycan bayrağı altında 3 il sonra debüt edəcəyini bildirirlər. Bu isə onun milli komandamızın heyətində dünya çempionatına və London-2012-yə yollana bilməyəcəyi deməkdir.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0