“Fənərbaxça” həmyerlimizin müdafiəsinə qalxdı
16.06.2011 - 23:01
Türkiyədə azərbaycanlı atlet Ramil Quliyevin son 2 həftədə 2 yeni rekordunun qeydə alınmamısı birmənalı qarşılanmayıb. Apasport.az saytının məlumatına görə, Türkiyə vətəndaşlığını qəbul edən həmyerlimizin bu nailiyyətləri şərəfini qoruduğu “Fənərbaxça”nı hərəkətə gətirib.
Quliyevin rekordlarının yalnız kağız üzərində qalması “sarı-lacivərdli” klubun rəsmisi Fikrət Çətinkayanı özündən çıxarıb. O bildirib ki, bir müddət öncə Ramilin milliləşdirilməsi yolunda əl-qolunu çırmalayanlar indi onu ruhdan salırlar: “Quliyev bir qədər əvvəl Türkiyə vətəndaşlığını aldı. İndi isə “ay-ulduzlu” formanı geyinmək üçün can atır. Lakin bununla məşğul olanlar sanki indi onun yoluna daş qoyurlar. Sonra guya özü millidə çıxış etmək istəmirmiş kimi onun rekordları qeydə alınmır. Bunu sadəcə başa düşmək olmur. Bununla, dünya və Avropanın əlinə fakt veririk”.
Qeyd edək ki, Ramil Ukraynada “Yalta Cup”da 100 metr məsafəni 10.16,220, 200 metr məsafəni isə 20,32 saniyəyə dəf etsə də, onun rekordunu Türkiyədə tanımayıblar. Qonşu ölkədə I yer bu məsafələri müvafiq olaraq, 10.37,200 və 20,96 saniyəyə qaçan İzzət Səfərə məxsusdur.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0