Normal püşk
16.06.2011 - 23:06
Ankarada Avropa çempionatının püşkatma mərasimindən sonra Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, millət vəkili Ağacan Abiyev fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, Abıyev püşkün normal keçdiyini, həmişəki kimi bəzi idmançılara güclü, bəzilərinə isə bir qədər zəif rəqiblərin qismət olduğunu deyib.
Milli komandamıza hazırlıq üçün hər cür şərait yaradıldığını deyən federasiya rəsmisi 3-4 boksçumuzun medallar uğrunda mübarizə apara biləcəyini vurğulayıb: “Milli komandamızın əsas heyəti Rusiya ilə birgə Çexov şəhərində təlim-məşq toplanışı keçdi. “2-ci nömrələr” isə İtaliyada yerli idmançılarla birgə məşq etdilər. Federasiya tərəfindən yığmaya hər bir şərait yaradılıb. Gerisi artıq boksçuların öhdəsindədir. Bu heyətdə 3-4 idmançı var ki, Avropa çempionatında medal qazana bilər. Amma hər şeyi rinq göstərəcək”.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada keçirilən qitə çempionatında 40 ölkənin 250-dək boksçusu mübarizə aparacaq.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0