Avropa çempionumuza məğlubiyyət mətbuat konfransında müzakirə edildi
29.06.2011 - 11:47
Ankarada boks üzrə keçirilən Avropa çempionatında 91 kq çəki dərəcəsinin finalında azərbaycanlı Teymur Məmmədova uduzan Tervel Pulev məğlubiyyətinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bolqar idmançı buna keçirdiyi mətbuat konfransında aydınlıq gətirib.
Pulevin sözlərinə görə, həlledici görüşün III hissəsində döyüşdən imtina etməsinin əsas səbəbi yorğunluq və milli komandalarının Türkiyəyə həkimsiz yollanması olub: “II raunddan sonra özümdə güc hiss etmədim. Fiziki hazırlığımda problem var idi. Çünki 1/4 finalda və yarımfinalda həddindən artıq güc sərf etmişdim. Burnumdakı problem də özünü göstərdi və nəfəs almaqda da çətinlik çəkirdim. Lakin Ankaraya yalnız bizimlə masajçı yollanmışdı. Həkimimiz yox idi. Bunun üçün Azərbaycan boksçusu qələbəni vaxtından əvvəl bayram etdi”.
Avropa çempionatının 2 qat gümüş mükafatçısı Tervel bildirib ki, yığmaya lazımı diqqət də göstərilmir: “Kasıbçılıq bizim idmançıları pis günə qoyub. Hətta Türkiyədə yerli federasiyadan bizi qarşılayan belə olmadı”.
Qeyd edək ki, Pulev Bakının “Rabitə” voleybol klubu ilə Azərbaycan çempionu olan və növbəti mövsümdən “Lokomotiv”in şərəfini qoruyacaq Diana Nenovanın həyat yoldaşıdır.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0