“Londona ən azı 5 cüdoçu ilə yollanacağıq”
02.07.2011 - 17:28
“Elnur Məmmədli (81 kq) və Elxan Məmmədov (90 kq) London olimpiadasına vəsiqəni praktiki olaraq qazanıblar. Digər 3 çəkidə də vəziyyət qənaətbəxşdir. Məncə, İngiltərə paytaxtına ən azı 5 cüdoçu ilə yollanacağıq”. Bunu apasport.az saytına milli komandanın keçmiş üzvü, 3 qat Avropa çempionu Elçin İsmayılov deyib.
O bildirib ki, 3 idmançımız da lazımi reytinq xallarını yığıb və onların “dördillik”də iştirak etmək imkanı yüksəkdir: “Fövqəladə bir hal baş verməsə, İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) və Kifayət Qasımova (57 kq) da London olimpiadasına düşəcəklər. Amma şanslarımız bununla bitmir. Ramilə Yusubova (63 kq) ilə Elmar Qasımov (100 kq) gələcək yarışlarda da uğurlu çıxış etsələr, lisenziyaların ümumi sayı 7-yə yüksələ bilər”.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0