Azərbaycan milli komandasının 4 üzvü Cənubi Koreyada
11.07.2011 - 14:18
Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının 4 üzvü Cənubi Koreyaya yola düşüblər. Apasport.az saytının məlumatına görə, London Olimpiadasına vəsiqə qazanan Fəridə Əzizova, həmçinin Günay Ağakişiyeva, Səbinə Mikayılova və Türkanə Tahirli Asiya ölkəsində hazırlıq keçəcək. Onlar baş məşqçisi Sun Mi Parkın rəhbərliyi ilə müxtəlif şəhərlərdə təlim-məşqlər keçəcək, təcrübəli yerli idmançılarla yoxlama görüşlərdə qüvvəsini sınayacaqlar. Bundan başqa idmançılarımız 14-19 iyul tarixlərində Çunçon şəhərində açıq turnirdə çıxış edəcəklər. İdmançılarımız avqustun 5-də vətənə dönəcəklər.
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
- Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib
- AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
- Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü - FOTOLENT
0
0