TFF-in sabiq prezidenti polis tərəfindən saxlanılıb
11.07.2011 - 13:33
TFF-in sabiq prezidenti polis tərəfindən saxlanılıb
Danışılmış oyunlar və menecerlik imtahanının suallarının öncədən satılması ilə bağlı istintaq çərçivəsində həyata keçirilən 2-ci həbs dalğası keçmiş TFF rəhbərliyini də əhatə edib. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) keçmiş prezidenti, bu il iyunun 29-da bu vəzifədən gedən Mahmud Özgənər polis tərəfindən saxlanılıb. Onunla yanaşı, TFF İdarə Heyətinin keçmiş üzvü Ləvənt Kızıl və Özgənərin müşaviri olmuş Mümtaz Karakaya həbs edilib. İyulun 11-də səhər tezdən başlayan 2-ci həbs dalğasında saxlanılanlar arasında “Trabzonspor” klubunun prezidenti Sadri Şənər və “Ankaragücü”nün qapıçısı Sərdar Kulbilgə də var. Əməliyyat davam edir.

Qeyd edək ki, danışılmış oyunlar və saxta menecerlik imtahanı ilə bağlı polis əməliyyatı iyulun 3-də başlayıb. Məhkəmə “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım da daxil olmaqla 26 nəfər haqqında həbs-qətimkan tədbiri seçib.