“Rəvan” AZAL-dan cavab gözləyir
11.07.2011 - 14:59
“Heyəti gücləndirmək istiqamətində çalışmalarımız davam edir. Komandaya baxışa daha bir futbolçu gəlib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun idman direktoru Vladislav Qədirov deyib.
Yeni mövsümdən etibarən Premyer Liqada çıxış edəcək paytaxt təmsilçisi hazırlığını davam etdirir. Bəhmən Həsənovun yetirmələri artıq ilk yoldaşlıq oyununu keçirib. Premyer Liqanın digər debütantı olan “Sumqayıt Şəhər”lə qarşılaşan “Rəvan” minimal hesablı qələbə qazanıb – 1:0.
Yarımmüdafiə xəttini gücləndirmək məqsədi ilə sierra-leonili pleymeykeri sınayan paytaxt təmsilçisi sabah növbəti yoxlama oyunu keçirmək istəyir. Bu məqsədlə AZAL-a müraciət olunub: “AZAL-a müraciət etmişik. Ancaq hələ dəqiq cavab verməyiblər. Bakıda başqa komanda yoxdur. Onlardan cavab almasaq, baxaq, görək neynəyəcəyik”.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0