14 boksçumuz Avropa çempionatına yollandı
12.07.2011 - 12:09
Rusiyanın Qroznı şəhərində boks üzrə məktəblilər arasında Avropa birinciliyi start götürüb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “Olimpiyski” İdman Kompleksində keçirilən yarışda 155 idmançı mübarizə aparır. Komandamız turnirə 14 nəfərlik heyətlə yollanıb.
Qroznıda ölkəmizin idman şərəfini Mirağa İsmayılov (38,5 kq), Pərviz Quliyev (40 kq), Qüdrət Quliyev (41,5 kq), Rüfət Hüseynov (43 kq), Elməddin İsmayılov (44,5 kq), Sərxan Əliyev (46 kq), Həsən Abbasov (48 kq), Tayfur Əliyev (50 kq), İsmayıl Hüseynov (52 kq), Elvin Məhərrəmov (54 kq), Anar Qarayev (56 kq), Hüseyn Tarıverdiyev (59 kq), Rövşən Musayev (62 kq) və Təbriz Hacızadə (68 kq) qoruyur.
Avropa birinciliyinin təntənəli açılış mərasimində Çeçenistan respublikasının prezidenti Ramzan Kadırov, Rusiya Boks Federasiyasının birinci vitse-prezidenti Andrey Danko, Olimpiya çempionu Aleksandr Lebzyak, 2 qat Olimpiya çempionu Aleksey Tişenko və digər tanınmış şəxslər iştirak ediblər. Qeyd edək ki, yarışa iyulun 16-da yekun vurulacaq.

- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
0
0