Abdullayev Qriqoryanı rinqə çıxmağa peşman etdi
15.07.2011 - 13:41
Rusiyanın Mahaçqala şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş boks turnirində yarımfinalçıların adları məlum olub. Apasport.az saytının məlumatına görə, 91 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı Abdulqadir Abdullayev ¼ final mərhələsində Polşa nümayəndəsi Lavrent Qriqoryanı rinqə çıxmağa peşman edib. 3-cü raundda boksçumuzun zərbələri qarşısında davam gətirə bilməyən Qriqoryan təslim olub.
Bu gün keçiriləcək yarımfinalda Abdullayev Rusiya yığmasının ən güclü idmançılarından sayılan dünya və Avropa çempionu Artur Beterbiyevlə döyüşəcək. 52 kq çəki dərəcəsində yarışan Məhəmməd Abdulhəmidov finala vəsiqə uğrunda rusiyalı Yevgeni Yermakovla üz-üzə gələcək. London Olimpiadasına lisenziya qazanan Soltan Migitinov (75 kq) yarımfinalda yerli boksçu Xaybula Musalovla qarşılaşacaq. Super ağır çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidovu da yarımfinalda Rusiya nümayəndəsi – Arslanbek Mahmudov sınağa çəkəcək.
Qeyd edək ki, final görüşləri iyulun 16-da keçiriləcək.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0