Azərbaycan dünya çempionatına 4 idmançı ilə yollanır
12.08.2011 - 17:37
Sentyabrın 3-dən 14-dək Serbiyanın paytaxtı Belqradda stend atıcılığı üzrə keçiriləcək dünya çempionatına yollanacaq Azərbaycan milli komandasının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, ölkəmiz mundialda 4 snayperlə təmsil olunacaq.
Hafiz Cəfərovun yetirmələrindən skit növündə hədəf önünə Olimpiya çempionumuz Zemfira Meftəhətdinova, Emin və Nurlana Cəfərova çıxacaqlar. Trap növündə isə atıcılarımızdan Elvin İsmayılov dəqiqliyini yoxlayacaq.
Qeyd edək ki, dünya çempionatına ümumilikdə 73 ölkədən 619 snayper qatılacaq.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0