Azərbaycanlı atlet Avropanı fəth etdi - FOTO
24.08.2011 - 11:29
Polşanın Çexanov şəhərində keçirilən yeniyetmələrin 9-cu Avropa çempionatında Azərbaycan milli komandası uğurlu çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Allahyar Abışovun (50 kq) 2 bürünc medal qazanmasından sonra Paşa İbrahimli də yığmamıza daha 3 medal qazandırıb.
Belə ki, 16 yaşlı idmançımız möhtəşəm nəticəyə imza ataraq, 56 kq çəki dərəcəsində Avropa çempionu adını qazanıb. O, öncə birdən qaldırma yarışlarında 105 kq çəkini başı üzərinə qaldıraraq, kiçik qızıla layiq görülüb.
Ardınca təkanla qaldırmada 128 kq çəkini ram edərək ikinci kiçik qızıla sahib olub. Yekunda isə 2 hərəkətinə cəminə görə, 233 kq çəkini qaldıran İbrahimli Avropanın ən güclüsü adını qazanıb.
O, ən yaxın izləyicisi – gümüş mükafatçı rusiyalı Asali Abdulahşimovdan 9 kq daha yaxşı nəticə göstərib.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0