Avropa çempionatında medallarımızın sayı 7-ə çatdı
25.08.2011 - 09:05
Yeniyetmələr arasında ağır atletika üzrə 9-cu Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, Polşanın Çexanov şəhərində keçirilən yarışı Elxan Əliquluzadə (62 kq) də medalla başa vurub.
“Zirvə” İdman Klubunu yetirməsi iki hərəkətin cəmində bürünc medala yiyələnib. Ancaq təkanla qaldırmada ona çatan olmayıb. İlk cəhdində 137, daha sonra isə 146 kq-ı başı üzərinə qaldıran Əliquluzadə bu növdə kiçik qızıl medal qazanıb.
Lənkəranlı idmançının birdən qaldırmada medal qazana bilməyib. Ancaq burada diqqətçəkən məqam olub. Belə ki, 16 yaşlı idmançımız erməni ağırlıqqaldıran Harutyun Kadımyanı ilk cəhddəcə üstələyib. Düşmən ölkənin idmançısı üç cəhddə ən çoxu 110 kq qaldırıb. Elxan Əliquluzadə isə elə ilk cəhdində 112 kq çəkini başı üzərinə qaldırıb və düşmənimizə yerini göstərib.
Beləliklə, 1 bürünc və 1 kiçik qızıl qazanan atletimiz milli komandamızın aktivindəki medalların sayını 7-yə çatdırıb.
Qeyd edək ki, Elxandan öncə Paşa İbrahimli (56 kq) 3 qızıl, Allahyar Abışıov (50 kq) 2 bürünc medala sevinmişdilər.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0