Yığmamız Avropa çempionatını 10 medalla başa vurdu
27.08.2011 - 09:00
Polşanın Çexanov şəhərində keçirilən yeniyetmələr arasından ağır atletika üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, podiuma çıxan Nailxan Nəbiyev (85 kq) Azərbaycan milli komandasının aktivindəki medalların sayını 10-a çatdırıb.
Belə ki, gənc atletimiz birdən qaldırma yarışlarında 146 kq çıkini ram edib və kiçik bürünc medal qazanıb. Ardınca təkanla qaldırmada 186 kq çəkinin öhdəsindən gələn həmyerlimiz daha 1 kiçik qızıl medala sahib olub. Yekunda isə 2 hərəkətin cəminə 332 kq çəkini başı üzərinə qaldıran Nəbiyev Avropa çempionu adına layiq görülüb.
Lakin 77 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Turan Abdullayev və Tofiq Allahverdiyev yarışı medalsız başa vurublar. Onlar müvafiq olaraq, 4-cü və 13-cü yeri tutublar.
Qitə birinciliyi davam etsə də, milli komandamız yarışda çıxışını yekunlaşdırıb.
Qeyd edək ki, Nailxandan öncə Paşa İbrahimli (56 kq) 3 qızıl, Allahyar Abışıov (50 kq) 2 bürünc, Elxan Əliquluzadə (62 kq) isə 1 qızıl və 1 bürünc medala layiq görülmüşdülər

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0