Vasili İvançuk: Teymur Rəcəbov taktiki zərbə “buraxdı”
10.09.2011 - 09:51
“Debütdən çıxan zaman kifayət qədər mürəkkəb manevr mübarizəsi başladı”. Apasport.az saytının məlumatına görə, bunu ukraynalı qrossmeyster Vasili İvançuk deyib.
Olimpiya çempionu Rusiyanın Xantı-Maysiysk şəhərində keçirilən Dünya Kubokunun 1/4 final mərhələsinin ilk oyunda Teymur Rəcəbovla qarşılaşmaya münasibət bildirib: “Tezliklə mən kiçik də olsa mövqe üstünlüyə yiyələndim. Ondan istifadə etmək isə çox çətin idi. Amma Teymur Rəcəbov taktiki zərbə “buraxdı”. Bunun nəticəsində isə tam üstünlüyə yiyələndim və uduş vəziyyəti aldım. Qaraların vəzirə görə kifayət qədər kompensasiyası yox idi”.
Qeyd edək ki, Dünya Kubokunun 1/4 final mərhələsində bu gün Rəcəbov rəqibinə qarşı ağ fiqurlarla oynayacaq.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0