10 erməni idmançı Bakıya gəlir
16.09.2011 - 16:37
Sentyabrın 26-da Bakıda start götürəcək boks üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına Ermənistan milli komandası da gələcək. Bu haqda Lent.az-a Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.
Abiyevin sözlərinə görə, 15 nəfərlik Ermənistan nümayəndə heyəti paytaxtımızda sentyabrın 23-də olacaq. Onlardan 10-u idmançı, 5-i isə məşqçi və digər şəxslərdir. Hələlik düşmən ölkə təmsilçilərinin hansı oteldə qalacaqları müəyyənləşməyib. ABF rəsmisi bildirib ki, bu məsələ ilə Azərbaycanın müvafiq dövlət orqanları məşğul olacaqlar: “Məncə, ermənilər üçün elə yer seçiləcək ki, təhlükəsizlikləri daim nəzarətdə saxlanılsın, qalacaqları otel dünya çempionatının keçiriləcəyi Heydər Əliyev adına İdman-Konsert Kompleksinə yaxın olsun”.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 8-dək davam edəcək.

- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər
- Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması Asiya Kubokunda qızıl medal qazanıb
- Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
- Zəfər Gününə həsr olunan kamandan oxatma turniri keçirilib
0
0