Bakıda rekord!
20.09.2011 - 23:00
Sentyabrın 26-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək dünya çempionatında AİBA tarixində rekord sayda boksçu iştirak edəcək. Apasport.az xəbər verir ki, son məlumata görə, turnirdə 127 ölkənin 685 təmsilçisi qələbə uğrunda mübarizə aparacaq.
Rumıniya Boks Federasiyası AİBA tərəfindən diskvalifikasiya olunsa da, Beynəlxalq Boks Federasiyası bu ölkənin təmsilçilərinin Bakıdakı iştirakına icazə verib.
Son anda Madaqaskar komandası yarışa gəlməkdən imtina edib. Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan yarışda Konqo Demokratik Respublikası, Keniya, Uqanda, Kuba, Meksika, ABŞ, Çin, Hindistan, Tacikistan, Özbəkistan, Belarus, Bolqarıstan, Gürcüstan, Almaniya, Macarıstan, İrlandiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Avstraliya tam tərkibli heyətlə (10 boksçu) çıxış edəcəklər.
Qeyd edək ki, milli komandamızda Soltan Migitinov London Olimpiadasına lisenziya qazandığından, dünya çempionatında 75 kq çəki dərəcəsində təmsilçimiz olmayacaq.

- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər
- Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması Asiya Kubokunda qızıl medal qazanıb
- Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
0
0