“Avropa çempionatının əvəzini Bakıda çıxacağam”
21.09.2011 - 17:41
“Dünya çempionatına çox yaxşı hazırlaşmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri boks üzrə Azərbaycan milli komandasının kapitanı Rəhim Nəcəfov (56 kq) deyib.
Sentyabrın 26-da start götürəcək dünya çempionatı ərəfəsində Bakıdakı yarışa hazırlaşan yığmamızın açıq məşqi baş tutub. Komandanın kapitanı jurnalistlərin qarşısına çıxaraq iddialı danışıb: “Yarışa hazırlıq məqsədilə yüksək səviyyədə məşqlər keçmişik. Bizə yaradılan imkan üçün boks federasiyasına təşəkkür edirəm. Bizə bəslənən ümidləri doğrultmağa çalışacağıq. Avropa çempionatında uğursuz çıxış etdim. Əvəzini Bakıdakı dünya çempionatında çıxmağa çalışacağam. London Olimpiadasına lisenziya qazanmaq istəyirəm. İnanıram ki, buna nail olacağam”.

- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
0
0