SOCAR Bakını tərk etdi
23.09.2011 - 10:24
SOCAR şahmat klubu Avropa çempionatında iştirak etmək üçün Sloveniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, 37 ölkədən 65 komanda arasında yarışın favoriti olan təmsilçimiz Roqaska Slatina şəhərində bir araya gələcək.
Belə ki, SOCAR yer alan legionerlər - Aleksandr Qrişuk (Rusiya), Rüstəm Qasımcanov (Özbəkistan), Emil Sutovski (İsrail) və Andrey Volokitin (Ukrayna), həmçinin kapitan Vladimir Tukmakov (Ukrayna) Sloveniyaya öz ölkələrindən gəliblər. Komandamızın azərbaycanlı zəka sahibləri Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli isə səfərə Bakıdan yola düşüblər.
Qeyd edək ki, klublararası Avropa çempionatının ilk turu sentyabrın 25-də keçiriləcək. Analoji yarışa isə SOCAR ikinci dəfə qatılacaq. Təmsilçilərimiz ilk cəhddə 49 klub arasında 4-cü olmuşdu.

- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
0
0