Avstriya yığması daha 2 futbolçu itirdi
04.10.2011 - 09:15
Avstriya milli komandası Avro-2012-in seçmə mərhələsində Bakıya ciddi itkilərlə gələcəklər. Apasport.az saytının məlumatına görə, rəqibin baş məşqçi əvəzi Villi Ruttenştayner Azərbaycan milli komandası ilə oktyabrın 7-də “Dalğa Arena”dakı görüşdə 5 futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Avstriya Futbol İttifaqından bildiriblər ki, yerli “Red Bull” klubunun 2 futbolçusu – müdafiəçi Frants Şimer çempionatın son turunda omba əzələsindən, yarımmüdafiəçi Yakob Yançer dizindən zədə aldığından Azərbaycan və Qazaxıstanla səfər oyunlarını buraxacaqlar. Buna qədər qapıçı Yurgen Maxo, müdafiəçi Emmanuel Poqatets və yarımmüdafiəçi Martin Xarnik zədə üzündən sıradan çıxmışdı.
Ruttenştayen onların əvəzinə Vəli Kavlak, Ştefan Kulovits və debütant Qeorq Marqrayteri çağırıb. Bunlardan milliyətcə türk olan Vəli cari mövsümdən “Beşiktaş”da oynayır və millimizlə əvvəl görüşüb.
Ruttenştayen onların əvəzinə Vəli Kavlak, Ştefan Kulovits və debütant Qeorq Marqrayteri çağırıb. Bunlardan milliyətcə türk olan Vəli cari mövsümdən “Beşiktaş”da oynayır və millimizlə əvvəl görüşüb.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
0
0