Sergey Yuran: Onlar ya tamam, ya davam vəziyyətindədirlər
05.10.2011 - 09:09
“Slovaklar yarım hissə öz şanslarını, rusların səhvlərini gözləyəcəklər. Əlbəttə, matçın sonuna yaxın nəticə onları qane etməsə, hücuma atılıb risk etməyə başlayacaqlar. Çünki onlara qələbə lazımdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Sergey Yuran deyib.
O, uzun illər oynadığı Rusiya yığmasının Avro-2012-in seçmə mərhələsində Slovakiya millisi ilə oktyabrın 7-də səfər oyununda nə gözləyəcəyi ilə bağlı fikirlərini açıqlayıb.
Həmyerlilərinə həlledici görüşlə bağlı öz məsləhətlərini verən Yuran onlara diqqətli oynamağı tövsiyə edib: “Slovaklarda son köklənmə olacaq, çünki onlar ya tamam, ya davam vəziyyətindədirlər. Rəqib bütün xətlərdə intizamlı futbol nümayiş etdirir. Onlar yetərincə sanballı futbolçularla komplektləşdiriliblər. Səhvin qiyməti çox böyük olacaq. Ona görə də Rusiya yığmasına çox mütəşəkkil oynamaq lazımdır. Ən əsası, hərəkətdə rəqibə uduzmamaq, hücumdan müdafiəyə vaxtında qayıtmaq lazımdır”.

- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
0
0