Kloze rekorddan və təqaüdə çıxmaqdan danışdı
07.10.2011 - 08:54
Almaniya milli komandasının futbolçusu Miroslav Kloze tarixə düşmək istəyir. Apasport.az saytının məlumatına görə, cari mövsümdən İtaliyanın “Latsio” klubunda oynayan 33 yaşlı hücumçu Bundestimin tarixində ən məhsuldar futbolçu olmağa iddialıdır. Kloze etiraf edib ki, bunu yaxın vaxtda reallaşdırmağa bel bağlayır. Hazırda hesabında 62 qol olan Polşa əsilli futbolçunun yalnız 68 qolu vuran əfsanəvi Herd Müller qabaqlayır: “Müllerin rekordunu qırmaq istəyirəm. Milli komandada gələcəyim necə olacaq? Biz Avro-2012-in seçmə mərhələsini başa vurarıq və onda baş məşqçi ilə bu haqda danışarıq. Mən elə insanam ki, nə vaxt təqaüdə çıxacağımızı altıncı hiss mənə qəbul etdirə bilər. Öz səviyyəmdə oynaya biləcəyim və zədələrdən qaça biləcəyimə qədər yığmanın şərəfini qoruyacağam. İndi özümü həqiqətən yaxşı hiss edirəm”.
Qeyd edək ki, Kloze qollarından 5-i Azərbaycan yığması ilə oyunlarda reallaşdırıb. O, evdə bizə qalib gəldikləri (4:0 və 5:1) görüşlərdə dubl edib, Bakıda ilk matçlarında isə oyunda (2:0) son nöqtəni qoyub. O, yığmamızla son görüşdə fərqlənə bilməyib ki, bu da iyunun 7-də keçirilən oyunda zədə üzündən iştirak etməməyi ilə əlaqədardır.

- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
0
0