Azərbaycanda ilk dəfə
21.10.2011 - 15:21
Azərbaycanda “Bakı Sualtı Ovçular Klubu” İctimai Birliyi təsis edilib. Apasport.az saytının məlumatına görə, birliyin əsas məqsədi ölkə ərazisində sualtı ovun və digər aktiv su istirahəti idman növlərinin inkişaf etdirilməsindən ibarət olacaq.
Belə ki, dünyada olduqca populyar olan sualtı ov idman növü son zamanlar Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanda da vüsət almaqdadır. “Bakı” Sualtı Ovçular Klubu da bu sahəyə öz töhfəsini vermək və ümumilikdə ölkədə aktiv su istirahəti idman növlərinin inkişafına təkan verən aparıcı qüvvələrdən birinə çevrilmək niyyətindədir.
Qeyd edək ki, yaxın günlərdə klubun rəsmi veb-səhifəsi də ictimaiyyətin istifadəsinə veriləcək.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0