Bakıya gəlməkdən imtina etdi, Erikssonun yerinə keçir
25.10.2011 - 09:04
Dünyanın ən güclü futbol məşqçilərindən sayılan Sven-Qoran Eriksson İngiltərənin “Lester” klubundan istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, buna səbəb I divizion təmsilçisinin sahiblərinin uğursuz çıxışdan narazı olmağıdır. Onlar mövsümün əvvəlində transferlərə 10 milyon funt sterlinq ayırıblar və komandanın qarşısına Premyer Liqaya qayıtmaq vəzifəsini qoyublar. “Lester” isə son turda “Milluol”a 0:3 hesabı ilə uduzub və 13 turdan sonra 13-cü yerdə gedir.
Bir vaxtlar İngiltərənin baş məşqçisi olan Erikssonun yerinə əsas namizəd Martin O‘Nil sayılır. Şimali İrlandiyalı mütəxəssis 1995-2000-ci illərdə “Lester”i çalışdırıb. Sonuncu iş yeri “Aston Villa” olan O‘Nilə öz ölkəsinin yığmasına sükanı arxasına gəlmək təklif olunsa da, bunu qəbul etmədi.
Qeyd edək ki, Azərbaycan millisinin DÇ-2014-də rəqiblərindən biri olan Şimali İrlandiya yığması hələ də baş məşqçi axtarışındadır.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0