Teymur Rəcəbovdan fantastik göstərici
31.10.2011 - 18:28
Beynəlxalq Şahmat Federasiyası noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan qrossmeysterləri üçün uğurlu olub.
Belə ki, milli komandamızın lideri Teymur Rəcəbov birdən-birə 13-cü pillədən 5-ci yerə yüksəlib. Bu, Azərbaycan üçün yeni rekorddur.
Aktivində 2781 reytinq xalı olan 24 yaşlı zəka sahibimiz Maqnus Karlsen (Norveç, 2826), Vişvanatan Anand (Hindistan, 2811), Levon Aronyan (Ermənistan, 2802) və Vladimir Kramnikdən (Rusiya, 2800) geri qalır.
Rəcəbovdan fərqli, Vüqar Həşimov 11-ci pillədəki yerini qoruyub. O 2757-ci reytinq xalına malikdir. Təəssüf ki, son zamanlar uğursuzluq zolağına düşən Şəhriyar Məmmədyarov 4 pillə geriləyib. Qrossmeysterimiz 2733 xalla 18-ci pilləyə enib.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0