Fərid Mansurov vitse-prezident oldu
02.11.2011 - 10:53
Bir müddət öncə yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi vəzifəsindən istefa verən Fərid Mansurov yeni vəzifəyə keçib. Bu barədə apasport.az saytına Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov məlumat verib.
O bildirib ki, AGF prezidenti Fazil Məmmədovun əmri ilə olimpiya və ikiqat dünya çempionu federasiyada gənclər üzrə vitse-prezidenti kimi fəaliyyət göstərəcək.
“Fərid Mansurov bir müddət öncə baş məşqçi postundan öz ərizəsi ilə istefa vermişdi. Onun əldə etdiyi nailiyyətlərin Azərbaycanın idman tarixində özünəməxsus yeri var. İstefa verərkən belə, o, güləşin inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdi. AGF rəhbərliyi də Fərid Mansurovun güləşin gənclər arasında daha geniş təbliğinə və bu idman növünün gələcək inkişafına öz bilik və bacarığını sərf etməsi üçün bu addımı atıb” – deyə, Əjdər Cəfərov bildirib.
Xatırladaq ki, Mansurov 2 ay öncə İstanbulda başa çatan dünya çempionatından sonra baş məşqçi postundan ayrılmışdı.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0