“Bu halda Azərbaycan yığması 2 il əvvəlki uğurunu təkrarlaya biləcək”
03.11.2011 - 10:08
“Bu gün Yunanıstanda start götürəcək komandalararası Avropa çempionatının iştirakçılarının heyəti diqqəti cəlb edir. Burada təxminən 70 nəfərlik saydan deyil, bir neçə komandanın orta reytinqinin 2700-dən yuxarı olmasından söhbət gedir. Bu, Rusiya, Ukrayna, Azərbaycan və Ermənistandır”. Apasport.az saytının məlumatına görə, bunu İsrail milli komandasının aparıcı şahmatçısı Emil Sutovski deyib.
Bakıda doğulan və SOCAR klubunun üzvü olan qrossmeyster Yunanıstanın Porto Karras şəhərində keçiriləcək komandalararası Avropa çempionatında Azərbaycan milli komandasının da şanslarını dəyərləndirib: “Sözsüz ki, Azərbaycan yığması qarşısına ən yüksək məqsədlər qoyub. Avropanın son çempionunun 3 lövhəsi çox güclüdür. Əgər Teymur Rəcəbov öz möhtəşəm seriyasını davam etdirərsə və ona Vüqar Həşimov, yaxud Şəhriyar Məmmədyarov qoşularsa, onda komanda 2 il əvvəlki uğurunu təkrarlaya bilər”.
Qeyd edək ki, yarışın ilk turunda kişilərdən ibarət yığmamız İtaliya, qadınlardan ibarət komandamız isə Gürcüstanla qarşılaşacaq.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0