Böyükağa Hacıyev: Bura Azərbaycandır
18.12.2011 - 00:05
Premyer Liqanın XVII turunda səfərdə "İnter"lə qarşılaşan Bakının "Neftçi" klubu rəqibinə 1:2 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb:
"Bu, futboldur. Burada hər şey olur. Bu gün komandamın mərkəz xəttindən çox narazı qaldım. Bahadır Nəsimovun da hücumda dişsiz olması oyunumuza mənfi təsir göstərdi. Penalti epizoduna gəldikdə isə Bahadır məşqlərdə bu yöndə daha çox işləyirdi. Nədənsə bu gün penaltini dəqiq yerinə yetirə bilmədi. Bu oyunda qalib gəlməklə liderliyimizi möhkəmləndirmək istəyirdik. Ancaq alınmadı".
Hacıyev eyni zamanda həmkarı Kaxaber Sxadadzeyə məsləhət verməyi də unutmayıb: "Sən hələ gəncsən. Bu qədər emisional olmağına ehtiyac yoxdur. Unutma ki, sən Azərbaycandasan. Əgər mən Gürcüstanda belə hərəkət etsəydim, o zaman gürcü ictimaiyyəti mənim haqda hansı fikirdə olardı?".

- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
0
0