Füzuli Musayev yenidən ETU-nun vitse-prezidenti təyin edilib
29.12.2011 - 14:56
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Füzuli Musayev Avropa Taekvondo Birliyində (ETU) eyni vəzifəni davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Musayevin özü deyib.
O bildirib ki, bu, ETU prezidenti Atanasios Praqalosun az öncə Bakıya səfəri zamanı reallaşıb: “Bildiyiniz kimi, mən 2007-ci ildə ETU-da vitse-prezident vəzifəsini icra edirdim. Lakin təxminən 2 ay öncə keçirilən seçkilərdən sonra bu vəzifəni icra edənlərin hamısı dəyişdi. Həmin vaxt 2 nəfər prezidentliyə namizədliyini vermişdi. Düzdür, biz seçkilərdə Praqalosu deyil, türkiyəli namizədi dəstəkləmişdik. Bunu Praqalos özü də bilirdi. Lakin o, yenidən ETU-nun rəhbəri seçildi və 5 vitse-prezidenti dəyişdi. Bu vəzifəni isə 6 nəfər icra edir. Praqalos da Bakıya səfəri zamanı bu vəzifədə yenidən məni görmək istədi. Azərbaycan Taekvondo Federasiyasının prezidenti, nazir Kəmaləddin Heydərovla məsləhətləşdik. Cənab Heydərov da razılığını verdi. Dekabrın 26-da isə vəzifəm rəsmiləşdi”.

- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
0
0