Silviya Angelova: Bu hissi yenidən yaşamaq istəyirəm - MÜSAHİBƏ
12.04.2012 - 14:36
Silviya Angelova: Bu hissi yenidən yaşamaq istəyirəm - MÜSAHİBƏ
Azərbaycan yığmasının üzvü Silviya Angelova (48 kq) Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş legionerimiz Avropa çempionatında çıxışından danışıb.

- Avropa çempionatında uğurla çıxış edərək, bürünc medal qazandınız. Səhv etmiriksə, bu, qitəmiqyaslı yarışda ilk uğurunuzdur?
- Bəli, ilk dəfədir belə güclü turnirdə medal qazanıram. Həqiqətən çox sevinirəm. Uzunmüddətli, çətin məşqlərdən sonra bu uğuru qazanmaq xoşdur.

- Bu uğurun davamını gətirmək üçün özündə güc hiss edirsizmi?
- Təbii ki. Məşqlərimi daha həvəslə davam etdirəcəm. Qələbə qazanmaq xoşdur. Bu hissi yenidən yaşamaq istəyirəm.

- Medal qazanmağında kimlərin əməyini önə çəkmək istərdiz?
- Azərbaycan Ağır Atletika Federasiyasında idmançılara olan münasibət və qayğı yüksək səviyyədədir. Federasiyada rəhbərliyi, xüsusilə də prezidentimiz Cahangir Əsgərova təşəkkür edirəm. Məşqçimə də məni bu uğura daşıdığına görə minnətdaram.

- Azərbaycan xalqına demək istədiyiniz söz varmı?
- Azərbaycanı sevirəm! Bu ölkənin hər bir vətəndaşına təşəkkür edirəm. Onların etimadını gələcəkdə də doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm.