Ruslan Abışov “13-lər”in siyahısında
15.04.2012 - 16:33
Premyer Liqanın XXVIII turunun “Neftçi” – “İnter” oyunu mövsümün 12-ci avtoqolu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada qonaqların təsəlli qolu Ruslan Abışovun avtoqolu sayəsində gerçəkləşib. Bu, mövsümün 12-ci avtoqoludur.
Tur Vurub Kimin üçün
1 Rasim Ramaldanov (Simurq) AZAL
6 Ruslan Abışov (Neftçi) Xəzər Lənkəran
6 Bronislav Arsenyeviç (AZAL) Qarabağ
8 Murad Hüseynov (Qəbələ) Rəvan
1 Admir Teli (Qarabağ) Neftçi
16 Aleksandr Qoqoberişvili (Turan) Simurq
16 Nuqzar Kvirtiya (AZAL) Neftçi
22 Ayxan Abbasov (Turan) Xəzər Lənkəran
23 Emin Ağaməmmədli (AZAL) Turan
23 Aydın İslamov (AZAL) Turan
24 Bədavi Hüseynov (Sumqayıt) Kəpəz
28 Ruslan Abışov (Neftçi) İnter
“Neftçi”nin futbolçusu Ruslan Abışov Azərbaycan çempionatlarında özünün 2-ci avtoqolunu vurub. Premyer Liqanın XXVIII turunun “İnter”lə oyununda öz qapısına qol vuran müdafiəçi cari mövsümün “Xəzər Lənkəran”la qarşılaşmasında da eyni uğursuzluğu yaşamışdı. Ruslan Azərbaycan çempionatları tarixində 13-cü futbolçudur ki, 1 dəfədən artıq avtoqol müəllifi olub.
İndiyədək 2 futbolçu - Natiq Qasımov və Ayxan Abbasov hərəyə 3 dəfə öz qapısına qol vurub. Daha 11 oyunçu - Aleksandr İntskirveli, Elnur Abbasov, Hüseynqulu Quliyev, Kamran Əlibabayev, Mehman Yunusov, Renat Abdaşov, Saşa Yunisoğlu, Usim Nduka, Zaur Həşimov, Aleksandr Musatkin, Ruslan Abışov isə hərəyə 2 avtoqol müəllifidir.
Mənbə: pfl.az

0
0