Boksçularımızdan uğurlu debüt
16.04.2012 - 09:19
Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 2 həmyerlimiz – Vətən Hüseynli (81 kq) və Elvin İsayev rinqə çıxıb.
Hüseynli ispaniyalı Abner Lloverasla döyüşdə ilk raundu 2 xal fərqlə öndə qapayıb. İkinci raundda hər iki boksçunun 4 dəqiq zərbəsi qeydə alınıb. Yekunda boksçumuz 17:14 hesabı ilə qələbə qazanıb. Həmyerlimiz növbəti mərhələdə erməni Artur Xaçatryanı məğlub etmiş polşalı Mateuş Triçlə qarşılaşacaq.
Elvin İsayev isə ilk döyüşündə Rumıniya təmsilçisi Aleksandru Çiçeryanunu mübarizədən kənarlaşdırıb. Hər 3 raundda rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, turnirdə İsayev və Hüseynli ilə yanaşı, daha 3 boksçumuz qüvvəsini sınayır.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0