Olimpiya çempionu üçün yeni iş yeri
18.08.2012 - 10:07
Dünyanın ən titullu idmançısı Maykl Felps yeni təklif alıb. Apasport.az saytının məlumatına görə, London Yay Olimpiya Oyunlarında qazandığı 4 çempionluqla dünyanın ən mötəbər yarışlarındakı çempionluq sayını 18-ə çatdıran ABŞ üzgüçüsü özünü yeni iş yerində sınamaq imkanı əldə edib.
Belə ki, olimpiadaların 22 medalının sahibi özünü aktyor kimi sınaya biləcək. Felpsı məşhur “Tarzan” filminin yeni versiyasında çəkilmək təklif olunub. Filmin rejissoru Devid Yets artıq idmançı ilə danışıqlara başlayıb.
Qeyd edək ki, məşhur “Tarzan” filmində baş rolu ifa etmiş əfsanəvi Coni Vesmüller ötən əsrin 20-ci illərində olimpiadalarda üzgüçülükdə 5 qızıl medal alıb. Lakin o, Felpsdən fərqli su polosunda da çıxış edərək bürünc mükafatçı olub.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0