Londonda 6-cı medalımız
05.09.2012 - 09:16
Azərbaycan üzgüçüsü Natali Pronina XIV London Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, 200 m məsafəyə kompleks növündə finiş xəttinə ikinci çatan 25 yaşlı idmançımız 100 m məsafəyə sərbəst üsulla üzmədə də gümüş medala yiyələnib.
O, yenə çempionluq uğrunda rusiyalı Oksana Savçenkoya uduzub. Pronina finiş xəttinə rəqibindən 1,59 saniyə gec çatıb (1:00.00). Üçüncü yeri bir gün öncə olduğu kimi digər rusiyalı - Darya Stukalova (2:28:73) tutub.
Bununla da, Azərbaycan yığmasının Paralimpiadada qazandığı medalların sayı 6-ya çatıb. Pronina başqa, cüdoçularımız Ramin İbrahimovla (60 kq) Afaq Sultanova (57 kq) qızıl, İlham Zəkiyevlə (+100 kq) atletimiz Hüseyn Həsənov bürünc medala sahib olmuşdu.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0