Yığmamızın baş məşqçiləri istefaya göndərildi
15.09.2012 - 10:26
Azərbaycanın taekvondo üzrə kişi və qadınlardan ibarət olimpiya yığmalarının cənubi koreyalı baş məşqçiləri Conq Conq Bay və Sun Mi Park istefaya göndərilib. Bu haqda Lent.az-a əsas millimizin baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib.
İmaməliyevin sözlərinə görə, hər iki mütəxəssis 2012-ci il London Yay Olimpiya Oyunlarında medal verə bilmədikləri üçün vəzifələrini itirib: “Onlar olimpiadadan medalla qayıdacaqlarına söz vermişdilər. Amma alınmadı. Bu səbəbdən, federasiyamızın rəhbərliyi cənubi koreyalılarla başa çatan müqaviləni uzatmadı”.
Qeyd edək ki, London Olimpiadasında Azərbaycanı Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq) təmsil edib. Əzizov ikinci, Əzizova isə ilk döyüşdəcə uduzaraq, medalsız qalıb.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0