“Azərbaycanla oyun haqda heç nə fikirləşmirəm”
08.10.2012 - 09:18
Rusiya yığmasının futbolçusu Pavel Porqebnyak çağırılmadığı Portuqaliya və Azərbaycan milliləri ilə rəsmi oyunları dəyərləndirmək istəməyib. Apasport.az saytının məlumatına görə, hücumçu cari mövsümdən oynadığı “Ridinq”in heyətində İngiltərə Premyer Liqasında qolları sıralasa da, Rusiya yığmasının italiyalı baş məşqçisi Fabio Kapellonu onu rəsmi matçlara çağırmağı lazım bilmir.
Buna görə küskün olan Pavel yığmasının qarşıdakı oyunları haqda fikrini bildirəndə, bunu nümayiş etdirib: “Portuqaliya və Azərbaycanla oyunlar haqda heç nə fikirləşmirəm. Qoy məşqçilərimiz düşünsünlər. Ancaq əlbəttə ki, futbolçularımıza uğurlar arzulayıram”.
Qeyd edək ki, ruslar Portuqaliyanı oktyabrın 12-də, millimizi 16-da “Lujniki”də qəbul edəcək.

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0