Moutinyo millimizə qarşı oynamayacaq
19.03.2013 - 10:11
Portuqaliya yığmasının heyətində dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Paulu Bentu martın 22-də İsrail və martın 26-da millimizlə oyunlara çağırılmış heyətdən Juan Moutinyonun adını çıxarıb.
Buna səbəb “Portu”nun xavbekinin zədəli olmasıdır. Onun yerinə isə ilk dəfə Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanmış “Malaqa”nın müdafiəçisi Vitorino Antuneş çağırılıb.
Qeyd edək ki, Portuqaliya yığması dünən Obiduş şəhərciyində ilk məşqini keçirib. Həmin hazırlıqda Moutinyodan başqa, “Sevilya”nın qapıçısı Betu da iştirak etməyib.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0