Rəqiblərimiz bilindi
22.03.2013 - 17:55
Sabah Gürcüstanda keçirilən Avropa çempionatında yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Apasport.az saytının məlumatına görə, çəkisi 55 kq, 60 kq, 96 kq və 120 kq olan idmançılar qitənin ən güclüsünün adına aydınlıq gətirəcəklər.
Bu çəki dərəcələrində qüvvəsini sınayacaq Azərbaycan güləşçiləri rəqiblərini tanıyıblar. Baş tutan püşkatmanın nəticəsinə əsasən yığmamızın üzvlərindən Elçin Əliyev (55 kq), Kamran Məmmədov, (60 kq) və Radomir Petkoviç (120 kq) təsnifat mərhələsindən azaddır. Onlar 1/8 finalda müvafiq olaraq, serbiyalı Kristian Gazdag, moldovalı Donior İslamov və türkiyəli Rza Kayaalpla qarşılaşacaq. Şalva Qadabadze (96 kq) isə komanda yoldaşlarından fərqli, 1/16 final görüşünə çıxacaq. O, Marius Nielsenlə (Norveç) üz-üzə gələcək.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0