Kamran Ağayev: Tənqid edirsiniz, haqlısınız, ancaq...
25.03.2013 - 12:46
“Kimin meydana çıxacağı hələ bilinmir. Çıxsam, milliyə kömək etmək üçün əlimdən gələni edəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin qapıçısı Kamran Ağayev bu gün keçirilən mətbuat konfransında deyib. O, futbolçuların formada olmamağına baxmayaraq, millidə xarakter göstərməli olduğunu düşünür: “Millidə əsas heyət oyunçusu olmur. Bu, klub deyil. Hamı hazır olmalıdır. Millidə əsas xarakter rol oynayır. Millinin futbolçusu peşəkar olmağa məcburdur”.
Kamran Lüksemburqla oyunda 0:0 hesablı heç-heçə edən milliyə olan tənqidlərə münasibət bildirib: “Tənqid edirsiniz, haqlısınız. Ancaq bu, o demək deyil ki, rəqib küçədən gəlib. Səfərdə heç-heçə pis nəticə deyil. Hər halda, udmağa borclu idik. Rəqib meydanında ehtiyatlı oynayırdıq. Udmaq istəyəndə, uduza da bilərsən. Basketbol deyil ki, rəqibi əks-hücumda tutub fərqlənəsən”.
Mehman SÜLEYMANOV

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0