Məmmədyarov gerilədi, Həşimov siyahıdan çıxarıldı
01.04.2013 - 09:55
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, aprel ayı üçün açıqlanan siyahının ilk “onluğ”unda yenə 2 azərbaycanlı yer alıb.
Teymur Rəcəbov iddiaçılar turnirində zəif çıxışına baxmayaraq, 4-cü pillədəki yerini qoruyub. Həmyerlimizin aktivində 2793 xalı var.
Şəhriyar Məmmədyarov 1 pillə geriləyib. Qrossmeysterimiz 2766 xalla 9-cu pilləni 10-cu yerə dəyişib. Hazırda müalicəsini davam etdirən və yarışlara qatılmayan Vüqar Həşimov isə reytinq cədvəlindən çıxarılıb. Son siyahıda 19-cu olan həmyerlimizin adı bu dəfə cədvəldə qeyd olunmayıb.
“Top-100”də yer alan yığmamızın üzvü Rauf Məmmədov (2662) da mövqeyini itirib. O, 2 rəqibini özündən irəli buraxmaqla, 85-ci yerə enib.
Qeyd edək ki, ilk “üçlük”də də dəyişiklik olub. 25 yaşlı norveçli Maqnus Karlsenin (2872) başçılıq etdiyi siyahıda ermənistanlı Levon Aronyan (2809) ikinci yerə yüksəlib. O, yeni cədvəldə “üçlüyü” qapayan rusiyalı Vladimir Kramniki (2801) qabaqlayıb.

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0