“Azərbaycanla oyunda emosiyalar həddən artıq idi”
05.04.2013 - 09:00
“Azərbaycanla oyunda yığmanın kapitanı olmağım əlavə motivasiya idi. Əlbəttə, emosiyalar həddən artıq idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının kapitanı Bruno Alveş deyib. Millisinin əsas kapitanı Kriştianu Ronaldonun Azərbaycan yığması ilə Bakıdakı matçında cəza üzündən yoxluğunda sarğını daşıyan “Zenit”in müdafiəçisi matçın qəhrəmanlarından sayılmalıdır.
Belə ki, məhz Alveşin 2:0 hesabı ilə qalib gəldikləri oyunda hesabı açmağı həlledici oldu. O, kapitanlığı daşıdığına görə qürur hissi keçirir: “Yaxşı ki, mənə belə imkan düşdü. Mən artıq bir neçə dəfə kapitan sarğısını daşımışdım ki, bu, Ronaldo meydandan çıxanda olmuşdu. Ancaq bu dəfə onu ilk dəqiqələrdən qoluma taxdım. Yığmamız Avropanın aparıcı komandalarından biri statusunu qətiyyən itirməyib. Biz 2012-ci il Avropa çempionatında layiqli çıxış edirik və çempion İspaniyaya yalnız penaltilərlə uduzduq. Heyətimiz əvvəlki tək güclüdür, yüksək səviyyəli futbolçularımız var. Şübhəsiz ki, biz dünya çempionatının seçmə mərhələsində daha yaxşı çıxış edə bilərdik”.

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0