Lüksemburq yığmasının əsas müdafiəçisi millimizə qarşı oynamayacaq
17.04.2013 - 09:13
Lüksemburq yığmasının əsas müdafiəçisi olan Tom Şnell ciddi zədələnib. Apasport.az-ın wort.lu saytına istinadən verdiyi xəbərə görə, “Fola”nın futbolçusu Lüksemburq çempionatının bazar günü baş tutmuş Kanax “Jeness”i ilə oyununda ciddi xəsarət alıb.
27 yaşlı futbolçu 1:1 hesabı ilə başa çatan görüşün 75-ci dəqiqəsində zədələnib. Oyundan sonra məlum olub ki, onun sol dizində xaçvarı bağlar qırılıb və uzun müddətə -9 aylığa sıradan çıxıb. Bu isə o deməkdir ki, Şnell iyunun 7-də Bakıda keçiriləcək DÇ-2014-ün seçmə mərhələsində millimizə qarşı forma geyməyəcək.
Qeyd edək ki, Şnell martın 22-də Lüksemburqun yığmamızla baş tutan ilk oyununda 90 dəqiqə meydanda olmuşdu.

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0