Yalnız “Synergy Baku”
05.05.2013 - 13:31
Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun yekuna əsasən müxtəlif nominasiyalarda ən yaxşılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 5 fərqli forma 3 ölkənin idmançılarına qismət olub.
Yalnız Azərbaycan təmsilçisi “Synergy Baku”nin 3 velosipedçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər formalar Türkiyə və Qazaxıstan idmançılarına nəsib olub.
Mavi forma (lider) – Sergey Qreçin (“Torku Şəkərspor”, Türkiyə)
Yaşıl forma (ən yaxşı sprinter) – Kristof Şvaytser (“Synergy Baku”, Azərbaycan)
Qırmızı forma (ən yaxşı dağ yürüşçüsü) – Konnar Makkonvey (“Synergy Baku”, Azərbaycan)
Ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) - Baxtiyar Kojotayev (“Astana”, Qazaxıstan)
Göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı velosipedçi) - Elçin Əsədov (“Synergy Baku”, Azərbaycan).
Komanda hesabında isə “Efapel” (Portuqaliya) ən güclü olub. “Synergy Baku” isə yarışı 4-cü yerdə bitirib.

0
0