Abbas Abbasov: Martinettinin əsas vəzifəsi varlanmaq idi
16.05.2013 - 09:01
“Fikrimcə, baş verənlər hadisələrin yeganə səbəbi Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) daxilində gizlənir. Bu təşkilat tamamilə diktatorluq, korrupsiya şəraitdə yaradılmışdı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının sabiq prezidenti Abbas Abbasov deyib.
Abbasov Beynəlxalq Olimpiya Komitəsinin güləş idman növünü 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ilə bağlı tövsiyə xarakteri daşıyan qərarı ilə bağlı fikirlərini açıqlayıb.
FİLA-nın növbədənkənar konqresində iştirakı üçün Moskvaya gələn Abbasov əsas günahkarlardan biri kimi qurumun sabiq prezidenti Rafael Martinettini görür: “Martinetti artıq heç kimi və heç nəyi hiss etmirdi. Onun əsas vəzifəsi harada və necə, kiminsə hesabına varlanmaq idi. Mən bunu tam rəsmi olaraq bəyan edirəm. Güləşdə baş verənlərdə hansısa mənada hamımız günahkarıq. Biz onunla bacara bilmədik. Hətta indi FİLA-nın Moskvadakı konqresinə hazırlıq getdiyi vaxtda Martinetti geri çəkilmək istəmir. Öz işini sona çatdırmağa can atır”.
Azərbaycanın baş nazirin sabiq müavini “İTAR-TASS”a bildirib ki, bir insan naminə güləş qurban verilib: “Güləşin naminə birləşənlərin hamısına “sağ ol” deyirəm. Güləş ictimaiyyəti sübut etdi ki, bu idman növü uğrunda mübarizə aparılacaq”.

- Milli Olimpiya Komitəsində federasiya nümayəndələri üçün seminar keçirilib
- Azərbaycan fiqurlu konkisürəni İtaliyadakı turnirdə üçüncü olub
- Bakıda Kamandan Oxatma üzrə ölkə birinciliyinə start verilib
- İki badmintonçumuz ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
0
0