Millimizin baş məşqçisinə ağır ittihamlar
23.05.2013 - 11:38
Azərbaycan millisindən imtina edən ağır atlet İvan Stoitsov vətənində müsahibə verib. Apasport.az-ın məlumatına görə, təcrübəli idmançı blitz.bg saytına açıqladığı faktlardan sonra vətəni Bolqarıstandan Çexiyaya qaçıb. O, müsahibəsində Azərbaycandan getməsindən, yığmamızın baş məşqçisi Zlatan Vanevlə problemindən və karyerasının sual altına düşməsindən danışıb.
- Son 10 ildə bir çox bolqarıstanlı idmançı başqa ölkənin şərəfini qorumağa başlayıb. O cümlədən, Azərbaycana da çoxlu atletlərimiz yollandı. İndi isə onlar vətənə qayıdıblar...
- Mənim Azərbaycan karyeram 100 faiz bitib. Daha oraya qayıtmaq fikrim yoxdur. Hüquqlarım hələ də bərpa olunmayıb və bunun necə davam edəcəyini bilmirəm. Bolqarıstan Ağır Atletika Federasiyası problemi Azərbaycan tərəfi ilə həll etməlidir. Ancaq yaxında hansısa qərarım olmayacaq.
- Qərarınız qətidir?
- Bəli. Nişanlım Boyanka Kostova ilə birgə Azərbaycanı tərk etdik. Orada qalmağın mənası yox idi. Şəxsi hazırlığımız üçün özümüzdə maddi çətinlik var. Həm də heç bir yarışda çıxış etmək hüququmuz yoxdursa, məşq etməyin nə mənası var? Evimdə oturub, hadisələrin axarını gözləyirəm. Biz indi Azərbaycanın hesabındayıq. Sofiyada isə heç kim bizim üçün əlac axtarmır.
- Heç bir yarışda çıxış edə bilməyəcəksiniz. Belədə sizə pul ayırmaq kimin marağında olar?
- Mən də, digər qayıdanlar da klub komandalarının heyətində çıxış edə bilərik. Yalnız Bolqarıstan millisində çıxış etmək hüququnda məhrumuq. Biz hələ də səviyyəli idmançılarıq. Azərbaycandakı klubumuz AZAL-la münasibətlərimiz bitib və onlara heç bir borcum yoxdur. Mən oradan ayrılanda rəhbərim İsgəndər Əsgərovla görüşdüm və hər şey normal idi. Sonra Azərbaycan gənclər və idman naziri ilə görüşüb, əllərini sıxıb qayıtdım. Artıq 1 ildir qayıtsam da, sənədləşmə işlərim həll olunmur. Bunda günahkar yalnız bolqarlardır. Söhbət bizim federasiyadakı və Azərbaycan millisindəki həmyerlilərimdən gedir.
- Azərbaycan millisinin baş məşqçisi Zlatan Vanevi nəzərdə tutursuz?
- Bizim sənədlərimiz Vanev saxlayıb. Biz azərbaycanlılarla razılıq əldə etmişdik, lakin Vanev işə qarışdı. Yığmanın baş məşqçisi olduğundan, onun da razılığı lazım idi. Lakin Vanev bizim hesabımıza azərbaycanlılardan pul qoparmaq istəyir. Çünki mən də, Boyanka da onun şəxsi məşqçimiz olmasından imtina etmişdik. Yalnız Olimpiadada bürünc qazanan Valentin Xristov ağzını açmır. Vanevin məqsədi Laçezar Kişkilovun Azərbaycana apardığı idmançıları da öz hesabına yazmaq idi.
- Bolqarıstan Ağır Atletika Federasiyası Azərbaycan tərəfinə nə qədər pul ödəməlidir ki, siz doğma komandaya qayıdasız?
- Onlar mənim üçün 150, Kostova üçün 300 min avro istəyirlər. Vanev Olimpiadadan xeyli əvvəl də Boyankanı şəxsi məşqçisi Kişkilovdan oğurlamaq istəyirdi. 3 dəfə bütün milli komandaların baş məşqçisi olmaq imkanı əldə etmişdi. Lakin hər dəfə imtina edirdi. Ona görə ki, azərbaycanlıların dilini və mentalitetini bilmədiyindən bu məsuliyyəti üzərinə götürmürdü.
- Siz Vanevlə görüşmüsüz?
- Bu qorxaqla necə görüşmək olar? Əslində, məni görəndə az qalır qorxusundan ölsün. Axı mənə hansı üzlə yaxınlaşa bilər? O, qorxaqdır. Bezlə gəzir.
- Karyeranızın gözəl vaxtında belə duruma düşmüsüz. Niyə bizim federasiya sizin məsələnizin həllində maraqlı deyil?
- Bu, ən böyük problemdir. Əksər federasiyalara böyük şirkət prezidentləri rəhbərlik edir. Lakin bizim idman növündə belə deyil. Prezidentimiz Nedelço Kolev idmançılar üçün heç nə etmir.
- Baş verənlərdən nə gözləyirsiz?
- Payıza qədər heç nə gözləmirəm. Təkcə, özüm üçün deyil, bütün idmanımız üçün. Bizim hesabımıza Azərbaycandan Bolqarıstana gələn pullardan klublara 1 qəpik də ödənilməyib. “Asenovets” klubu mənim keçidimdən gələn pulun 40 faizinə sahib olmalı idi. Hanı o pul?
- Londonda çıxış etməməyinizlə bağlı sualı verməmək olmur. Bunu bəlkə bir daha açıqlayasız?
- Olimpiadadan 40 gün əvvəl zədələnmişdim. Hərçənd, son 1 ildə zədəli-zədəli yarışlara qatılırdım. Buna heç kim fikir vermirdi. Bunun da günahkarı Zlatan Vanev idi.

- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
- AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
- Beynəlxalq Olimpiya Komitəsindən MOK-a cavab
- AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər
0
0