Məmmədyarov özünü qınadı: 4-5 dəfə çox pis oynadım
11.07.2013 - 11:00
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Qran-Prinin V mərhələsinin VI turunun Sergey Karyakinlə oyunundan narazı qalıb. Apasport.az saytının məlumatına görə, rusiyalı rəqibini məğlub etməklə liderlərə şərik çıxan 28 yaşlı qrossmeysterimiz öz oyununu bəyənməyib.
Məmmədyarov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bir neçə dəfə başını yelləməklə öz səhvlərini önə çəkib. Təmsilçimiz buna görə özünü də qınayıb: “11-ci və 12-ci gedişlərlə bağlı yeni planım o qədər də uğurlu olmadı. Qaralar bunun qarşılığında düzgün oynasaydı heç bir problemi olmayacaqdı. Görüş ərzində 4-5 dəfə çox pis oynadım. Sergey bundan yararlanıb heç-heçə edə bilərdi”.
Qeyd edək ki, VI turun Karyakin – Məmmədyarov görüşü 95-ci gedişdə həmyerlimizin qələbəsi ilə başa çatıb.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0