Dörd boksçumuz mərhələ adladı
14.08.2013 - 16:56
Hollandiyanın Rotterdam şəhərində boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ikinci günündə milli komandamızın 5 üzvü rinqə çıxıb.
Boksçularımızdan 4-ü qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib. 49 kq çəki dərəcəsində mübarizə aparan Münasib Məmmədov Belarus təmsilçisi Anton Naxnakovu məğlub edib. Həmyerlimiz 1/4 finalda Gürcüstan boksçusu David Nanava ilə qarşılaşacaq.
Nəbi Bağırov da (75 kq) Avropa birinciliyinə qələbə ilə başlayıb. Millimizin üzvü danimarkalı Mike Stafanseni rinqdən məğlub yola salıb. Bağırov 1/8 finalda rumıniyalı Mihal Adrianla üz-üzə gələcək.
Superağır çəki dərəcəsindəki təmsilçimiz Məhəmmədəli Tahirov (+91 kq) ilk görüşdə Rumıniya nümayəndəsi Aurelian Turkanu üzərində qələbə qazanıb. Boksçumuz 1/4 finalda ukraynalı Vladislav Sirenko ilə qarşılaşacaq.
Milli komandamızın üzvlərindən yalnız Hidayət Musayev (69 kq) mübarizəni dayandırıb. Təmsilçimiz ilk görüşdə gürcüstanlı Konstantin Xustaniyə uduzub.
Xatırladaq ki, Avropa birinciliyinə avqustun 17-də yekun vurulacaq.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0