Millimizlə oyun üçün daha 3 futbolçu
02.09.2013 - 07:47
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsrail yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də millimizi qəbul edəcək, 3 gün sonra Rusiya ilə səfərdə görüşəcək israillilərin heyətinə daha 3 futbolçu çağırılıb.
Baş məşqçi Eli Qutman və köməkçisi Yossi Abuksis sağ cinah müdafiəçisi Ofer Vertu (“Aşdod”), sol cinah müdafiəçisi Ofir Davidzade (“Hapol”, Beyer Şeva) və mərkəz hücumçusu Omer Damarini (“Hapoel”, Təl-Əviv) milliyə çağırıblar. Bu 3 futbolçu qarşıdakı seçmə oyunlarında zədəli futbolçuları əvəz etməlidir.
Qeyd edək ki, İsrail yığması hazırlıqlara bu gün başlayır.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0