Millimiz dünya çempionatından medalsız qayıdır
25.09.2013 - 11:04
Perunun paytaxtı Limada keçirilən stend atıcılığı üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundial Azərbaycan millisi üçün yenə uğursuz alınıb.
Skit növündə Emin Cəfərov (böyüklər), Niyaz Ağazadə və Fuad Qurbanovun (hər ikisi gənclər) uğursuzluğunu digər 3 snayperimiz də sığortalaya bilməyib. Belə ki, trap növündə böyüklər arasında hədəf önünə keçən Elvin İsmayılov cəmi 3 rəqibini qabaqlayaraq, 82-ci yeri tutub. Gənclərimizdən Əli Hüseynli 29-cu, Əlimirzə Quliyev isə 30-cu olub.
Qeyd edək ki, yığmamızın lideri Zemfira Meftahətdinova şəxsi işləri səbəbindən Limaya getməmişdi.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0