15 yaşında – PFL 
02.07.2023 - 12:24
15 yaşında – PFL 

Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) yaranması günüdür. 

Apasport.az saytının məlumatına görə, 2008-ci ilin iyulun 2-də yaradılan qurumun 15 yaşı tamam olur.

PFL 15 il öncə AFFA-nın inzibati binasında keçirilən iclas zamanı assosiasiyanın prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılıb. Liqanın ilk prezidenti Ramin Musayev olub. Ötən ilin yayından qurumun prezidenti Elxan Səmədovdur. 

Ad gününü qeyd edən qurum bu 15 ildə daxili yarışları keçirir. Azərbaycan Premyer Liqası, I Divizion və Azərbaycan kubokunu təşkil edən PFL yarandığı vaxtdan indiyədək bir sıra yeniliklərə də imza atıb. Həmçinin bu illər ərzində çempionatın səviyyəsi nəzərəçarpan dərəcədə artıb, bunun nəticəsində klublarımız beynəlxalq arenada daha uğurlu çıxış edərək dəfələrlə avrokubokların qrup mərhələsinə yüksəlib.

"Apasport" PFL-i 15 yaşı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayır.

0